Qran Prini canlı izləmək üçün tribunalarda 17 minə yaxın oturacaq quraşdırılıb - BŞH
Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Ən böyük tribuna Abşeron tribunasıdır və onun 5500 tamaşaçı tutumu var.
SİA-nın məlumatına görə, bunu açıqlamasında Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.
O bildirib ki, Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb: "Ən böyük tribuna Abşeron, ən kiçik tribuna isə Sahil (456 tamaşaçı) tribunasıdır", - T.Buçer bildirib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB