"Barselona" klubu "Real" (Madrid) klubunu UEFA Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.
SİA xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki paylaşımında deyilir.
"Bu axşam "Stad de Frans"da Çempionlar Liqasının qalibi olan "Real"ı təbrik edirik", - deyə paylaşımda deyilir.
Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının final qarşılaşması keçirilib. Finalda İngiltərənin "Liverpul" klubu ilə İspaniyanın "Real" klubu üz-üzə gəliblər. Oyun İspaniya təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB