Yəqin ki, diqqətli futbol azarkeşləri diqqət yetirdilər. Çempionlar Liqasının 2021/2022 mövsümünün finalı "Liverpul" və "Real Madrid" arasında Bakı vaxtı ilə 23:00 təyin edilən görüş 35 dəqiqə gec başladı.
SİA-nın əldə etdiyi məlumata görə, "Liverpul" komandasının stadionun ətrafına yığışan azarkeşlərini biletsiz bilib onlara qarşı gözyaşardıcı qazdan istifadə edən Fransa polisi elə də haqlı deyimiş.
Bəs, əsil reallıq nə deyir. Budur rəsmi gələn məlumat:
“...qurumun açıqlamasında göstərilir ki, oyundan əvvəl çox sayda azarkeş saxta biletlə “Stad de Frans” stadiona daxil olmaq istəsə də, turniketdən keçə bilməyiblər. Bu səbəbdən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qaz tətbiq etmıəyə məcbur olub. Oyun nəzərdə tutulandan 35 dəqiqə gec başlayıb”.
...Siz elə bilirsiniz fransız “iş adamları arasında” saxta bilet hazırlayan fırıldaqçılar yoxdur?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB