"Real" Çempionlar Liqasının qalibi oldu

"Real" Çempionlar Liqasının qalibi oldu

Bu gün Çempionlar Liqasında final oyunu keçirilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, "mersisaydlılar" tıxacda qalaraq arenaya gec çatdığı üçün 23:37-də start götürüb.

28 may

23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1

Qol: Vinisius Junior, 59

Paris, "Stad de Frans" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə