“Qomel” ev oyunlarını Qafqazda keçirəcək

Belarusun “Qomel” futbol klubu Konfrans Liqasının seçmə mərhələsində ev oyunlarını Cənubi Qafqazın üç ölkəsindən birində keçirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Belarus futbolu” məlumat yayıb.

Onun sözlərinə görə, klub potensial “ev” stadionlarının qısa siyahısını formalaşdırıb. Siyahıdakı bütün arenalar Azərbaycan, Ermənistan və Gürcüstan ərazisində yerləşir.

Qeyd edildiyi kimi, “Qomel” komandasının rəhbərliyi hazırda Azərbaycan və Ermənistana üstünlük verir.

Bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Belarus klub və komandalarına qarşı sanksiyalar tətbiq edib deyə, buna görə də, onlardan ev oyunlarını neytral stadionlarda və tamaşaçısız keçirmək tələb olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...