“Kəpəz” iş adamlarından maliyyə dəstəyi istəyir

Azərbaycanın “Kəpəz” futbol klubu sosial şəbəkələrdə maliyyə dəstəyi istəyi ilə iş adamlarına müraciət edən bəyanat yayıb. Klubun müraciəti Gəncə sahibkarlarına, eləcə də futbolu sevən iş adamlarına ünvanlanıb.

Futbol klubunun rəhbərləri “Kəpəz”in hesabına müxtəlif firma və iş adamlarının vəsait köçürmələrini və ümumiyyətlə klubun büdcənin artırılmasına yardımçı olmalarını xahiş edirlər. Onların dediyinə görə, bu komandaya Premyer Liqada uğurla çıxış etməyə kömək edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə