Premyer Liqa rəhbərliyi “Çelsi”nin satışını təsdiqlədi

İngiltərə Premyer Liqası “Çelsi” klubunun ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.

SİA Matç.az-a istinadən xəbər verir ki, ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Klubu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcək. Ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Xatırladaq ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...