"Real"dan yarımmüdafiəçisinə yeni müqavilə

"Real" futbolçusu Rodriqo Qoesə maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubunun rəhbərliyi 21 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Ona təkmilləşdirilmiş şərtlərlə yeni sözləşmə təklif olunacaq. Baş məşqçi Karlo Ançelotti Rodriqonun komandada mühüm rol oynayacağına inanır. O düşünür ki, Qoes dünya səviyyəli futbolçu olacaq.

Qeyd edək ki, 2019-cu ildə braziliyalı oyunçu "Real" ilə 6 illik müqavilə imzalayıb. O, bu mövsümdə 48 matçda 9 qol vurub və 9 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...