"Yaxşı futbolçu olmaq üçün mütləq..." - QURBAN QURBANOV DANIŞDI

“Bir dəfə mənə sual vermişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır? Mən isə adamın Musa kimi qardaşı olmalıdır demişdim. Hansı ki, Musa mənim öz qardaşım idi və hər zaman mənim yanımda olaraq, mənə dəstək olub, yol göstərib”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı məşqçi Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, amma sizin sualına cavab olaraq deyə bilərəm ki, əgər yaxşı futbolçu olmaq üçün xüsusiyyətləri 3 endirsək, burada birinci olaraq fərdin potensialının olması çox-çox vacibdir: “İkinci isə futbolçunun istəyi, məqsədi olmalıdır. Yəni yaxşı futbolçu olmaq üçün mütləq şəkildə istək və həvəs çox güclü olmalı və hər daim daha çox çalışmaq lazımdır. Üçüncü və ən vacib fakt isə insanın yanında ona dəstək olacaq bir şəxsiyyət olmalıdır. Hansı ki, insanın yanında bu cür şəxsiyyət olmadıqda karyera da yarımçıq qalır, böyük bir potensialın və güclü istəyin olması belə karyeranın inkişafına təsir göstərə bilmir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə