"Rubin" 19 ildən sonra Premyer Liqanı tərk etdi

Rusiyanın məşhur klublarından olan "Rubin" yeni mövsümdə Premyer Liqada iştirak etməyəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kazan təmsilçisi mövsümü 29 xalla başa vurub. Leonid Slutskinin komandası 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

"Rubin"dən başqa Tula "Arsenal"ı da aşağı liqaya düşüb. "Ximki" və "Ufa"nın Premyer Liqada qalıb-qalmayacağı isə pley-off matçlarından sonra bilinəcək.

Qeyd edək ki, "Rubin" 19 mövsümdür ki, Premyer Liqada mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə