Şəhriyar Məmmədyarov son görüşlərini keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək. SİA-nın məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin XIII turunda ağ fiqurlarla ingiltərəli Qaveyn Consla üz-üzə gələcək.

Məmmədyarov XIV turda ispaniyalı David Antonla qara, sonuncu - XV turda çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...