Pijaniç “Beşiktaş”la vidalaşdı

"Barselona"dan böyük ümidlərlə icarəyə götürülən Miralem Pijaniç “Beşiktaş” klubu ilə vidalaşıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Beşiktaş"ın mövsümün əvvəlində "Barselona"dan icarəyə götürdüyü bosniyalı ulduz Miralem Pijaniç sosial media hesabından paylaşım edərək ağ-qara klubla vidalaşıb. 32 yaşlı yarımmüdafiəçi paylaşdığı rəsimdə, ""Beşiktaş" vidalaşmağın vaxtı gəldi. Sizdən ayrıldığım üçün çox üzgünəm. Burada böyük insanlarla, böyük klubla tanış oldum. Stadionumuzda oynamaq böyük şərəf idi. Bu mövsüm üçün çox sağ olun. Çətin bir mövsüm oldu, daha çox kuboklar qazanmaq istərdim. Amma ən azından klubumuz üçün Superkubok qazana bildik. Mən həmişə “Beşiktaş” azarkeşi olaraq qalacağam. Mən, oğlum və bütün ailəm İnanıram ki, yollarımız gələcəkdə yenidən kəsişəcək. Sən mənim qəlbimin ən dərin yerində əbədi olaraq qalacaqsan. Hamınızı çox sevirəm. Həmişə Qara Qartal",- ifadələrini işlədib.
Qeyd edək ki, Miralem Pijaniç ağ-qara forma ilə 26 matçda 4 məhsuldar ötürmə edib, lakin hesaba töhfə verə bilməyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə