Qadınlar arasında boks üzrə dünya çempionatında Türkiyə təmsilçisi Ayşə Çağırır qazaxıstanlı rəqibi Alua Balkibekova qalib gələrək qızıl medal qazanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Başakşehir Gənclik və İdman Təsislərində keçirilən çempionatın 10-cu günündə milli boksçu Ayşə Çağırır 48 kq çəki dərəcəsində final görüşünə çıxıb.
Son 32 raundda Özbəkistanlı Marjona Savrieva, son 16 raundda fransalı Rim Bennama, 1/4 finalda britaniyalı Demi-Jade Resztan, yarımfinalda isə argentinalı Aldana Florensiya Lopezə qalib gələn milli boksçu finalda Qazaxıstan təmsilçisi Alua Balkibekova ilə qarşılaşıb.
İlk raundda 5-0 məğlub olan Ayşə ikinci raundda 3-2 hesabı ilə qalib gəlib.
Milli bomsçu üçüncü raundda da üstünlüyünü qoruyaraq 3-2 hesabla Qazaq rəqibini məğlub edərək dünya çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB