Totti: "Dibalanı razı salmağa çalışacağam"

Totti: "Dibalanı razı salmağa çalışacağam"

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti "Yuventus"un futbolçusu Paulo Dibalanı paytaxt klubuna keçməyə inandırmaq istəyir.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, bu barədə goal.com-a açıqlamasında danışıb. Totti deyib:

“Gəlin görək, onu "Roma"ya gətirə biləcəyəmmi? Dibala ilə bazar ertəsi görüşəcəyik. Mən onu inandırmağa çalışacağam. Mən Dibalaya məsləhət verəcəyəm. Ümid edirəm ki, bacaracağam".

Qeyd edək ki, Dibala 2 gün əvvəl "Yuventus"da son oyununu keçirib və komanda ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə