Gənclər və İdman Nazirliyinin dəstəyi ilə seminar keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktik İnstitutu “Mikroelementlər və onların idmanda rolu” mövzusunda seminar keçirib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən seminarda Tibb Universitetinin dosenti, kardioloq Rəhimə Qabulova və idman həkimi, reabilitoloq Ülkər İsmayılova öz təcrübələrini məşqçi və həkimlərlə bölüşüblər.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB