İdmançılarımız Azərbaycanı layiqincə təmsil edəcək - FEDERASİYANIN PREZİDENTİ AÇIQLADI
"Azərbaycanda keçirilən bütün idman tədbirləri yüksək səviyyədə təşkil olunur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.
Onun sözlərinə görə, əlbəttə çox sevindirici bir haldır ki, ölkəmizdə idmana bu dərəcədə böyük diqqət və qayğı var. Təbii ki, seçim düz olandan sonra idmançılarımız Azərbaycanı Dünya Çempionatında da layiqincə təmsil edəcəklər. Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, idmanımıza böyük qayğı və diqqətlə yanaşır. Həmçinin Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə təşəkkür edirəm ki, hər zaman idman ailəsinin yanında olurlar".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB