Azərbaycanda idmana böyük bir maraq var - FEDERASİYA PREZİDENTİ AÇIQLADI

Azərbaycanda idmana böyük bir maraq var - FEDERASİYA PREZİDENTİ AÇIQLADI

"Bu günləri Kikboksinq üzrə növbəti Azərbaycan çempionatı keçirilir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, 2 illik fasilədən sonra nəhayət ki, idmançılarımızın yarışda iştirak etmək şansı yarandı: "Azərbaycan Kikboksinq Federasiyasının yetəri qədər idman klubları var. Bütün klubların hər biri bu gün burada iştirak etmir. Lakin buna baxmayaraq idmançı sayımız yenə də çoxdur. Bu da o deməkdir ki, Azərbaycanda idmana böyük bir maraq var. Ölkəmizdə idmanla məşğul olmaq istəyən insanların sayı günü-gündən artır. Azərbaycan idman ölkəsidir. Dövlətimiz idmana çox böyük diqqət və qayğı göstərir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə