"Bu gün bizim üçün həqiqətən bir bayramdır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Orxan Əliyev bildirib.
Onun sözlərinə görə, 2 ildir Azərbaycanda Respublika Çempionatı keçirilmir: "Buna görə də bu gün idmançılarımızın rinqə qayıdışı bizim üçün böyük əhəmiyyət kəsb edir. Qarşıdan mötəbər yarışlar gəlir. Bu gün Kikboksinq üzrə yarışların keçirilməsində əsas məqsəd idman komandamızın heyətini təşkil edərək, İslam Oyunlarında iştirakımızı təmin etməkdir. Bizim kikboksçularımız 2021-ci ildə Dünya çempionatında iştirak edərək 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanmaqla ümumilikdə 10 medal əldə etmişdirlər. Bu böyük bir nəticədir. Əsas məqsədimiz ondan ibarətdir ki, vətənpərvər gənclər yetişdirməklə onlarda idmana olan sevgini aşılamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB