İdmançılarımızın sayının çox olması sevindirici haldır - NAZİR SİA-YA DANIŞDI
"Kikboksinq üzrə Azərbaycan çempionatında iştirak etdiyim üçün məmnunluq hissi duyuram. Bu gün burada şəhid ailələri və qazilərimiz də iştirak edirdilər". Bu fikirləri SİA-ya açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov bildirib.
F.Qayıbov bildirib ki, kikboksinq üzrə idmançılarımızın sayının çox olması sevindirici bir haldır: "Bildiyiniz kimi onlar İslam Oyunlarına hazırlaşırlar. Bugünkü oyuna bütün klublar dəvət olunmasa da, bu yarışlar 2 gün davam edəcək. Ölkəmizdə dövlət tərəfindən idmanın inkişafına böyük önəm verilir və diqqət ayrılır. Mən bütün idmançılarımızı təbrik edirəm və onlara uğurlar arzulayıram".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB