Karateçilər Avropa çempionatına yollanıb

İdmançılarımız 20-22 May tarixlərində Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatında iştirak edəcək. 60-dək karateçi arasında milli komandanın üzvləri və müxtəlif regionların klublarından idmançılar var. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, WSF-nin İcariayyə komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Milli dərəcəli hakimlər MirCabbar Seyidov və Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq. Mötəbər yarışa 14 ölkədən 803 idmançı qatılacaq. 8 yaşlı uşaqlardan 53 yaş üzəri veteranlaradək yaşqrupları daxil olmaqla qitə çempionatında komandalar da mübarizə aparacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə