UEFA Avropa Liqasının qalibi müəyyənləşib

Mayın 18-də UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin həlledici görüşündə Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gəlib.

Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan final görüşü "Ayntraxt" klubunun qələbəsi ilə yekunlaşıb - 1:1, pen. 6:5.

Oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə