Bu gün futbol üzrə Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.
SİA Matç.az-a istinadən xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real"ına uduzmuşdu.
Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.
Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/72 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib.
Avropa Liqası
Final
18 may
Ayntraxt (Almaniya) - Reyncers (Şotlandiya) 1:1 (əlavə vaxt)
Qol: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.
Ayntraxt: Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Santos Borre.
Reyncers: Allan Makqreqor, Ceyms Tavernye (k), Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB