İngiltərə klubu Mourinyo ilə danışıq aparır

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Nyukasl"ı çalışdıra bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubunun ərəb sahibləri portuqaliyalı mütəxəssisi razı salmağa çalışır.

Xəbərdə bildirilib ki, klub Mourinyo ilə razılığa gələ bilsə, komandanın hazırkı baş məşqçisi Eddi Hau istefaya göndəriləcək.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nın baş məşqçisidir. O. daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə