"Real"ın futbolçusu Qaret Beyl bu mövsümün sonu Madrid klubundan ayrılacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə uelsli oyunçunun agenti Conatan Barnett məlumat verib. O, 32 yaşlı yarımmüdafiəçinin Uels millisindəki karyerası ilə bağlı qərarının isə dünya çempionatın vəsiqə qazanılıb-qazanılmamasından asılı olacağını söyləyib.

Qeyd edək ki, Beyl bu mövsüm La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə