Bakı marafonu idmanın inkişafına dəstək verir - QURUM RƏSMİSİ BİLDİRDİ

"Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V Bakı Marafonu keçirilib. Bakı marafonun keçirilməsi artıq ənənə halını almışdır". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır: "Vətəndaşlarımızın idmana marağının artması tədqirə layiq bir işdir. Biz istəyirik ki, hər bir gəncimiz sağlam, savadlı böyüsün, müasir texnologiyalardan istifadə qaydalarına yiyələnsin. Bunun üçün də hər bir valideyinimiz övladlarının təhsilli olmaqla yanaşı onları idmana cəlb etməlidirlər. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olmuşdur. Sevindirici hal odur ki, “Bakı Marafonu-2022”də hər yaş qrupunun nümayəndəsini gördük. Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak etmişdir. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilmişdir. 3-cü start isə ümumi iştirakçılar üçün olmuşdur. Başda gənclər və idman nazirimiz Fərid Qayıbov olmaqla nazirliyimizin bir çox əməkdaşları ilə yanaşı, mən də bu marafona qatıldım və öz gücümü sınadım. Belə yarışların keçirilməsi ölkəmizin bir daha idman ölkəsi olmasını sübut edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə