Karateçimiz Karate1 Premyer Liqa turnirində üçüncü yeri tutub

Karateçimiz Karate1 Premyer Liqa turnirində üçüncü yeri tutub

Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda karateçilərimizdən Əminağa Quliyev (60 kq) bürünc medal qazanıb. Komandamızın digər üzvləri Sultan Hüseynov (60 kq) və İrina Zaretska (68 kq) 5-ci yerlə kifayətləniblər.

Yarışda 48 ölkədən 238 idmançı mübarizə aparıb.

Nüfuzlu turnirin növbəti mərhələsi sentyabrın 2-4-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə