Liderlərin heç-heçə turu

Futbol üzrə İspaniya çempionatında 37-ci tura yekun vurulub.

SİA Matç.az-a istinadən xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

“Atletik” “Osasuna”nı, “Levante” “Alaves”i, “Malyorka” “Rayo Valyekano”nu, “Betis” “Qranada”nı, “Selta” “Elçe”ni məğlub yola salıb. Üç qolun qeydə alındığı “Vilyarreal” – “Real Sosyedad” matçında qonaqlar qalib gəliblər.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” səfərdə “Xetafe” ilə qarşılaşıb. Xavinin komandası bu oyundan qolsuz heç-heçə ilə ayrılsa da, ikinciliyi təmin edib.

Çempionluğu rəsmiləşdirən “Real” isə “Kadis”lə qarşılaşmada 1 xalla kifayətlənib. Madrid “Atletiko”su da “Sevilya” ilə heç-heçə edib.

İspaniya La Liqası
37-ci tur

14 may

Espanyol – Valensiya 1:1
Qol: De Tomas, 45+2 – M.Qomes, 37.

15 may

Atletik – Osasuna 2:0
Qol: Berenger, 33. Villalibre, 79.

Atletiko – Sevilya 1:1
Qol: Ximenes, 30 – En Nesiri, 85.

Betis – Qranada 2:0
Qol: Xuanmi, 14; 88.

Vilyarreal – Real Sosyedad 1:2
Qol: Koklen, 43 – İsak, 56. Zubimendi, 73.

Selta – Elçe 1:0
Qol: D.Suares, 9.

Kadis – Real 1:1
Qol: Sobrino, 37 – M.Dias, 5.

Levante – Alaves 3:1
Qol: Duarte, 53. Marti, 74. Morales, 90+5 – Xoselu, 36.

Malyorka – Rayo Valyekano 2:1
Qol: Muriqi, 13. Prats, 90+2 – Siss, 60.

Xetafe – Barselona 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə