Bu gün Xorvatiya çempionatında 35-ci tura yekun vurulub.
SİA Matç.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su turun bağlanış matçında "Şibenik"in qonağı olub.
Zaqreblilər səfərdə 3 xalı 2 cavabsız qolla qazanaraq çempionluğunu sona 1 tur qalmış rəsmiləşdırib.
Xorvatiya çempionatının qızıl medallarını qazanan Emreli bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB