PSJ-dən darmadağın

PSJ Liqa 1-də növbəti matçına çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, artıq çempionluğu rəsmiləşdirmiş komanda 37-ci turda səfərdə "Monpelye" ilə qarşılaşıb. PSJ rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Lionel Messi 6 və 20-ci dəqiqələrdə fərqlənərək dubl edib. Anhel di Mariya 26-cı dəqiqədə fərqi bir qədər də artırıb. Kilian Mbappe isə 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 83 xalla 1-ci, "Monpelye" isə 43 xalla 13-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə