"Roma"dan heç-heçə

İtaliya A Seriyasında 37-ci tura start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Roma" evdə “Venesiya” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Roma" hazırda turnir cədvəlində 60 xalla 6-cı, "Venesiya" isə 26 xalla sonuncu- 20-cidir. Sıralamaya 80 xalı olan "Milan" başçılıq edir.

İtaliya A Seriyası, 37-ci tur

14 may

"Roma" – "Venesiya" - 1:1
Qollar:
Şomurodov, 76 – Okereke, 1.

Bütün xəbərlər Facebook səhifəmizdə