Şəhriyar ABŞ şahmatçısına məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirib.

SİA Matç.az-a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ABŞ təmsilçisi Lenyer Dominqeslə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə uduzub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə