“Ayaks” yeni baş məşqçisinin adını rəsmən açıqladı

“Ayaks” yeni baş məşqçisinin adını rəsmən açıqladı

NNiderlandın “Ayaks” komandasının yeni baş məşqçisi bəlli olub.

SİA Matç.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisini yeni mövsümdən hazırda Belçika “Brügge”sinin sükanı arxasında olan Alfred Şröder çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Niderlandlı baş məşqçi bu postda İngiltərənin "Mançester Yunayted" klubuna keçən Erik ten Haqı əvəzləyib.

Xatırladaq ki, Alfred Şröder 2018/19 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə