Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
SİA Matç.az-a istinadən xəbər verir ki, bu gün dörd qarşılaşma baş tutub.
Lider “Mançester Siti” səfərdə “Vulverhempton”la qarşılaşıb. Altı qolluq matçda darmadağınla qalib gələn “şəhərlilər” zirvədəki mövqeyini möhkəmləndirib və əsas izləyicisi “Liverpul”dan 3 xal uzaqlaşıb. “Vulverhempton” isə 50 xalla 8-ci pillədə qalıb.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi” səfərdə “Lids”i 3 cavabsız qolla yenib. London təmsilçisi hazırda 70 xalla 3-cüdür. “Lids” isə 34 xalla 18-ci pilləyə enib.
“Lester Siti” doğma meydanda “Norviç Siti”ni 3 cavabsız qolla yenib və xalını 45-ə çatdıraraq 10-cu sıraya yüksəlib. 21 xalı olan norviçlilər isə sonuncu pillədə qərarlaşıblar.
“Uotford” – “Everton” matçında hesab açılmayıb. Hərəyə bir xal toplayan bu komandalardan “Uotford” 23 xalla 19-cudur. “Everton” isə 36 xalla 16-cı sırada yer alıb.
İngiltərə Premyer Liqası
11 may
21-ci turun oyunu
Lester Siti – Norviç Siti 3:0
Qol: Vardi, 54; 62. Meddison, 70.
30-cu turun oyunu
Uotford – Everton 0:0
33-cü turun oyunları
Lids – Çelsi 0:3
Qol: Maunt, 4. Pulişiç, 55. Lukaku, 83.
Vulverhempton – Mançester Siti 1:5
Qol: Dendonker, 11 – De Bruyne, 7; 16; 24; 60. Sterlinq, 84.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB