Ukrayna millisinin növbəti rəqibləri açıqlandı

Ukrayna millisinin növbəti rəqibləri açıqlandı

Futbol üzrə Ukrayna milli komandasının yoxlama oyunları keçirəcəyi növbəti rəqiblər bəlli olub.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Aleksandr Petrakovun rəhbərlik etdiyi milli komanda DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 17-də baş tutacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.

Xatırladaq ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə