Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümünə həsr olunan banklararası şahmat üzrə şəxsi və komanda turnirinə start verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 20 bankdan 72 əməkdaş qalib adı uğrunda mübarizə aparır. 9 turdan ibarət yarış mayın 13-də yekunlaşacaq. Həm şəxsi, həm də komanda yarışlarında qaliblərə pul mükafatı, diplom və medallar təqdim olunacaq.
Qeyd edək ki, üç gün davam edəcək banklararası şahmat yarışı sayca beşinci dəfə təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB