Stend atıcılığı üzrə Azərbaycan Kuboku keçiriləcək

Stend atıcılığı üzrə Azərbaycan Kuboku keçiriləcək

Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan Kubokuna start veriləcək. Federasiyanın Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə