Rüdiger "Real"la müqavilə bağladı

Rüdiger "Real"la müqavilə bağladı

"Çelsi"nin futbolçusu Antonio Rüdiger "Real"a keçib.

SİA Qol.az-a istinadən xəbər verir ki, almaniyalı müdafiəçi Madrid klubu ilə bu gün 5 illik müqavilə imzalayıb. O. yeni mövsümün əvvəlində yeni komandasına qoşulacaq.

Almaniya millisinin üzvünün "Real"da illik maaşının 10 milyon avrol olacağı bildirilib.

"Real" futbolçunun transferini mayın 28-də Çempionlar Liqasının finalından sonra elan edəcək.

Qeyd edək ki, Rüdiger bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə