“Real” “Barselona”dan qorxur”

“Real” “Barselona”dan qorxur”

"Barselona"nın sabiq hücumçusu Tieri Anri "Real"ın Çempionlar Liqasının finalında "Liverpul"a məğlub olacağını düşünür.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə 44 yaşlı keçmiş forvard İspaniya mətbuatına açıqlamasında danışıb. O deyib:

“Bütün Avropa klubları "Real"dan, "Real" isə "Barselona"dan qorxur. Şəxsən mən "Liverpul"un Çempionlar Liqasını qazanacağını düşünürəm. Onlar "Real"dan güclüdürlər”.

Qeyd edək ki, Anri 2007-2010-cu illərdə "Barselona"da oynayıb. O, hazırda Belçika millisinin köməkçi məşqçisidir.

Xatırladaq ki, "Real" ÇL-in finalında mayın 28-i "Liverpul"la qarşılaşacaq. Parisdəki "Stade de Frans" arenasında oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə