Haaland “Mançester Siti”yə keçəcək..?

Haaland “Mançester Siti”yə keçəcək..?

Dortmund “Borussiya”sının norveçli futbolçusu Erlinq Haaland “Mançester Siti”yə keçəcək. SİA xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, mayın 9-da 21 yaşlı hücumçu klubda tibbi müayinədən uğurla keçib. Dünyanın ən bahalı oyunçularından birinin bu həftə komanda ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Hollandiyanın həftəlik maaşı həftəlik təxminən 375 min funt olacaq. İngiltərə komandası futbolçu üçün 60-75 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Haaland bu mövsüm bütün yarışlarda 29 oyuna çıxıb. Hücumçu 28 qol vurub, 8 məhsuldar ötürmə edib.

Onu da qeyd edək ki, Haaland 2020-ci ilin yanvarında "Borussiya Dortmund"a keçib.

Norveçlinin müqaviləsi 2024-cü ildə başa çatır. Portal Transfermarkt onun dəyərini 150 milyon avro qiymətləndirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə