"Texnofest-2022" festivalının tarixi məlum oldu

"Texnofest-2022" festivalının tarixi məlum oldu

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in Azərbaycan mərhələsi üçün geri sayım başlayıb. SİA xəbər verir ki, mayın 26-29-da Bakıda keçiriləcək festivalda cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. İşğal altında olan torpaqlarımızın azad edilməsində mühüm rol oynamış Sənaye və Texnologiya naziri Mustafa Varank və Bayraktar da festivalda olacaq. Türkiyədən bir çox müdafiə sənayesi firmasının qabaqcıl texnologiya məhsullarını nümayiş etdirəcəyi festivalda türkiyəli ulduzlarda çıxış edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə