"Prezident kuboku-2022" reqatasının bağlanış mərasimi MÖHTƏŞƏMLİYİ İLƏ SEÇİLDİ - VİDEO - FOTOLAR
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatasının bağlanış mərasimi möhtəşəmliyi ilə yadda qalıb. SİA-nın verdiyi məlumata görə, reqatanın ikinci günündə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı akademik avarçəkmə növündə mübarizə aparıb.
Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. “Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulub. Sonda su üzərində göstəriləm şou hamının marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB