Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis yarışı keçirilib - FOTOLAR
Şabran şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Stolüstü Tennis Federasiyasının və Şabran rayonu Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış iştirakçıları Ulu öndərin Şabran şəhərindəki abidəsini ziyarət edib, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ardınca açıq rayon birinciliyində 5 şəhərin 100-dən çox idmançısı bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Şabran-1 komandası 1-ci, Bakı kollektivi ikinci, Şabran-2 komandası 3-cü yeri tutub. Fərqlənən komandalar kubok və diplomlarla mükafatlandırılıb.
Turnirin yüksək səviyyədə təşkilinə görə Şabran Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Zeynal Zeynalova ASTF-nin xüsusi diplomu təqdim olunub.
ASTF-nin baş katibi Könül Mikayılova isə, stolüstü tennisin təbliğindəki səmərəli fəaliyyətinə görə Şabran rayon UGİŞM-in Fəxri Fərmanı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB