Amerikalı milyarder Todd Bouli “Çelsi” Futbol Klubunu almaq üçün müqavilə imzalayıb.
SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, sövdələşmə təxminən beş milyard dollar təşkil edəcək. İndi müqavilə İngiltərə Premyer Liqasının rəhbərliyi və Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənməlidir. Qeyd olunur ki, sahibkar “Los Angeles Dodgers” beysbol klubunun, həmçinin “Los Angeles Lakers” basketbol klubunun səhmlərinə malikdir.
Qeyd edək ki, bir müddt bundan əvvəl RFU FİFA-nın futbol matçını 90 dəqiqədən 60 dəqiqəyə qədər qısaltmaq ideyasını şərh edib.
Maraqlıdır ki, RFU-nun icraiyyə komitəsinin üzvü Rohus Şoh "Zvezda"ya müsahibəsində təşəbbüsü mənasız adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB