Şabranda futbol turniri keçirilib

Şabranda futbol turniri keçirilib

Ulu öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.

Bu gün Azərbaycan idmanı Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib. Bu inkişafın məntiqi nəticəsi olaraq, ölkəmiz dünya idman ailəsinin aparıcı üzvünə çevrilib. Respublikamızın hər yerində olduğu kimi Şabran rayonunda da idmana böyük diqqət və qayğı ön plandadır.

Dünən Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş futbol üzrə böyüklər arasında rayon çempionatının final mərhələsi keçirilib.

Final mərhələsində Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, rayon hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Final mərhələsində qarşılaşan komandalar :

Çıraqqala 4 - 2 Şahinlər

Qalib komandalar Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə