"Lester"in 7 azarkeşi İtaliyada saxlanıldı

"Lester"in 7 azarkeşi İtaliyada saxlanıldı

İngiltərənin "Lester" klubunun 7 azarkeşi İtaliyada saxlanılıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, buna fanatların "Roma"ya qarşı Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda stadionun stüardlarına hücum etməsi səbəb olub.

Hadisənin matçın sonlarında baş verdiyi bildirilib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə