İşğaldan azad olunmuş torpaqlarımızda keçirilən ilk beynəlxalq yarış -SORĞU
Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatası start götürüb. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib. Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir. Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Mövzu ilə əlaqədar olaraq SİA idman ictimaiyyəti arasında sorğu keçirib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: “Avarçəkmə idman növü üzrə keçirilən ilk beynəlxalq yarış Suqovuşanda keçirilir. Hazırda ölkəmizə xariic komandalar gəlməkdə davam edir. Yarışın fərliliyi ondan ibarətdir ki, 1-ci gün Suqovuşanda, 2-ci gün isə Mingəçevir Kür idman bazasında keçiriləcək. Ulu öndər Heydər Əliyevin adını daşıyan beynəlxlaq yarış rəşadətli ordumuzun canı-qanı və Ali Baş Komandanımızın müdrikliyi hesabına alınan işğaldan azad edilmiş torpaqlarımızda keçirilən ilk beynəlxlaq yarışdır. Mahiyyət etibari ilə bu yarış tarixi əhəmiyyət kəsb edir. Bu idman olimpiya idman növüdür. Uzun illər Mingəçevir şəhərində kayak, kanoya və akademik avarçəkmə üzrə təlim-məşq bazası fəaliyyət göstərir. Azərbaycan bu idman növü üzrə müxtəlif olimpiya oyunlarında və Dünya çempionatında yüksək nəticələr qazanıb. Məhz bu baxımdan avarçəkmə üzrə idman yarışının su hövzəsində keçirilməsi maraqlıdır. Bununla əlaqədar olaraq artıq bu yarış nəticəsində Qarabağda bu ənənələrin təməli qoyulacaq. Mən öz adımdan bütün idman sevbərlkəri bu yarış münasibəti ilə təbrik edirəm. Əminliklə deyə bilərəm ki, növbəti illərdə avarçəkmə kayak idman növü ilə yanaşı digər idman yarışlarıda işğaldan azad olunmuş rayonlarımızda keçiriləcək”.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: "Bildiyimiz kimi ölkəmizdə qədim dövrlərdən inkişaf edən bir çox klassik idman növləri vardır. Bunlardan su idman növlərini göstərmək olar. Bu növlər arasında isə avarçəkmə növü xüsusilə yer almışdır. Azərbaycanda avarçəkmə bir idman növü kimi XX əsrin axırlarında məşğuliyyət sahəsi olmuş, bu gün isə ölkəmizin ən əsas su idman növlərindən biridir.
Qısa tarixə nəzər salsaq Olimpiya tariximizdə ilk dəfə medal qazandığımız idman növlərindən biri avarçəkmədir. Sevindirici haldır ki, dövlətimizin avarçəkmə idman növünə göstərdiyi diqqətin əsas göstəricilərindən biri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən təlim-məşq toplantısı olmuşdur və Qarabağda ilk idman tədbiri kimi yadda qalmışdır.
Sonda qeyd etmək istəyirəm ki, dövlət bədən tərbiyəsi və idmanın inkişafına qayğı göstərir, o da öz növbəsində dövlətçiliyə, milli maraqlara, əhalinin, gələcək nəslin sağlamlığına xidmət edir. Əminik ki, Qarabağda yaradılan idman infrastrukturu avarçəkmənin bir idman növü kimi tərəqqisində vacib rol oynayacaqdır.
Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə keçirilən "PREZİDENT KUBOKU - 2022“ yarışı bunun əyani sübutudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB