Benzema Ronaldonun rekordunu təkrarladı

Benzema Ronaldonun rekordunu təkrarladı

"Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında komandanın sabiq futbolçusu, Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə hazırda davam edən cavab görüşündə fərqlənməklə nail olub.

O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/2022 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Real” yarımfinalın ilk oyununda “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub. Hazırda davam edən cavab görüşündə əlavə vaxt oynanılır. Madrid təmsilçisi 3:1 hesabı ilə öndədir. Cütün qalibi finalda “Liverpul”la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə