Ardıcıl 3-cü dəfə Yunanıstan çempionu oldular

Ardıcıl 3-cü dəfə Yunanıstan çempionu oldular

Yunanıstan Superliqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 30-cu turdan təxirə salınmış oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn "Olimpiakos" çempionluğunu rəsmiləşdirib.

Son 4 tur qalmış aktivində 76 xalı olan Pirey təmsilçisi ən yaxın izləyicisi PAOK-u 16 xal qabaqlayır. Bu isə komandanın çempionluğu üçün kifayət edir.

Qeyd edək ki, bu, "Olimpiakos"un ardıcıl 3-cü, ümumilikdə isə 47-ci çempionluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə