"Azarkeşlər məni günahlandıra bilərlər"

"Azarkeşlər məni günahlandıra bilərlər"

“Oyunun yalnız 19-20-ci dəqiqəsinə qədər şərh edə bilərəm. Qol buraxsaq da, həmin ana qədər inamlı oynadıq. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi".

SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 25-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbolçularımı müdafiə etməliyəm. Amma azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimi, məni və ya başqalarını günahlandıra bilərlər. Amma bugünkü hakimliklə bağlı irad yoxdur. Matçı peşəkar səviyyədə idarə etdi. Qırmızı vərəqə olan epizoda baxmadım" - deyə o bildirib.

A.Baqa komandası azlıqda qaldıqdan sonra niyə məhz Araz Abdullayevi meydandan çıxardığı ilə bağlı söyləyib: "Oyundan əvvəl Arazın əzələsində problemlər var idi, bəzi məşqləri buraxmışdı. Qırmızı vərəqədən sonra qərara aldıq ki, onu çıxaraq. Əks halda, gələcək matçlar üçün Arazı itirə bilərik. Hələ qarşıda oyunlarımız var, onu itirmək istəmirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə