Qadın cüdoçularımız Avropa kuboku yarışında iştirak edəcəklər

Qadın cüdoçularımız Avropa kuboku yarışında iştirak edəcəklər

Mayın 7-8-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, qitə turnirində Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdoçularımızdan A.Qardaşxanlı ötən ay Polşada şəhərində keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə